Menu

"Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır" - Komandan

09.09.2025, 16:20
"Nazirin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti olmalıdır" - Komandan

Qanunvericiliyə görə hərbi rütbə vermək səlahiyyəti olan şəxsin həmin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti də olmalıdır.

“AzPolitika” xəbər verir ki, bunu Daxili işlər nazirinin müavini, Daxili Qoşunların Komandanı Şahin Məmmədov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, daxili işlər nazirinin polkovnik və digər rütbələri vermək səlahiyyəti var: "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda həmin vəzifələrin aşağı salınması da müəyyən olunub. Daxili işlər nazirinə "Daxili qoşunlar haqqında" yeni qanun layihəsində polkovnik hərbi rütbəsindən başlayaraq aşağı rütbəli zabitlərin rütbələrini bir pillə aşağı salmaq səlahiyyəti verilməlidir".

Şərhlər

Zabit 2025-09-09 17:03:08

Daxili Qoşunların zabit heyətinə rütbələrin verilməsi bir başa nazirin səlahiyyətinə verilməsi şəffaf olar !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol