İraq Ərəb Liqasının (LAS) sammitinə sədrlik edən ölkə olaraq İsrailin Dohaya endirdiyi zərbə ilə əlaqədar üzv ölkələrin xarici işlər nazirlərini təcili toplantıya çağırıb.
Bu barədə İraqın Baş naziri Məhəmməd əl-Sudaninin Qətər əmiri Təmim bin Həməd Al Tani ilə telefon danışığından sonra verdiyi açıqlamada bildirilib.
"İraq Ərəb Liqası sammitinin sədri kimi ərəb ölkələrinin xarici işlər nazirlərinin təcili iclasının keçirilməsini, həmçinin bu ay Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasları çərçivəsində ərəb və İslam liderləri və nümayəndələrinin görüşünün keçirilməsinə çağırıb", - bəyanatda qeyd olunub.
Xatırladaq ki, bu gün İsrail Dohaya danışıqlara çağrılan HƏMAS nümayəndə heyətinin olduğu binaya raket hücumu həyata keçirib. HƏMAS rəhbərliyindən həlak olan olmasa da, ölənlər var. Beynəlxalq ictimaiyyət bunu terror hücumu kimi qiymətləndirib.
"AzPolitika. info"


Şərhlər