Menu

UEFA Türkiyə klubunu Avropa kuboklarından uzaqlaşdırdı

23.12.2014, 09:32
UEFA Türkiyə klubunu Avropa kuboklarından uzaqlaşdırdı

UEFA Türkiyənin “Bursaspor” klubu və Litva “Ekranas”ını cəzalandırıb.

Apasport.az saytının məlumatına görə, buna maliyyə “feyr-pley” qaydalarını pozulması səbəb olub.

Hər iki komanda 1 il avrokuboklardan uzaqlaşdırılıb. Əgər “Ekranas” yaxın 2, “Bursaspor” isə 4 il ərzində avrokuboklara vəsiqə qazanacağı təqdirdə, qitə miqyaslı turnirləri kənardan izləyəcək.

Bundan başqa, Litva təmsilçisi 15 min avro, türk klubu isə 100 min avro cərmə ödəyəcək.

Həmçinin, UEFA-nın Araşdırmalar Palatası instansiyasının Maliyyə Nəzarəti komitəsi Rumıniya ÇFR-i və “Astra”nı da xəbərdarlıq edib. Bu komandalar yanvarın sonuna kimi sübut etməlidir ki, mövcud borcları ödəyib. Əks təqdirdə, 3 il ərzində avrokuboklardan kənarlaşdırılacaqlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol