Menu

NATO Polşanın xahişi ilə IV maddəni aktivləşdirdi – Kollektiv müzakirələr başladı

10.09.2025, 16:05
NATO Polşanın xahişi ilə IV maddəni aktivləşdirdi – Kollektiv müzakirələr başladı

NATO rəsmi şəkildə Polşa tərəfinin xahişi ilə kollektiv təhlükəsizliklə bağlı Nizamnamənin IV maddəsini aktivləşdirib.

“AzPolitika” xəbər verir ki, bu barədə alyansın açıqlamasında bildirilir. Qeyd olunur ki, Polşanın çağırışı ilə kollektiv müzakirələr artıq başlanıb.

NATO-nun IV maddəsi belədir: Razılığa gələn Tərəflərdən hər hansı birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhlükə altına düşərsə, onlar həmişə bir-biri ilə məsləhətləşəcəklər və lazım gəldikdə hava dəstəyi təmin ediləcək.

Analitiklər bildirirlər ki, bu qərar Rusiya və Ukrayna ilə bağlı mövcud gərginlik fonunda atılıb. NATO-nun bu addımı alyans üzvləri arasında təhlükəsizlik koordinasiyasını gücləndirmək və Polşanın suverenliyinin qorunmasını təmin etmək məqsədi daşıyır. Hərçənd, NATO rəsmiləri hələlik hərbi əməliyyatların başlanması barədə konkret açıqlama verməyib, lakin kollektiv müzakirələrin intensiv şəkildə davam etdiyi vurğulanır.

“AzPolitika.info”

Şərhlər

Elxan 2025-09-10 16:12:02

NATO Rusiyadan qorxur,yəni bu utanc verici bir reallıqdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol