Menu

"Azərbaycanda hər beş nəfərdən biri dövlətdən pensiya, müavinat, təqaüd alır" - Deputat

10.09.2025, 16:12
"Azərbaycanda hər beş nəfərdən biri dövlətdən pensiya, müavinat, təqaüd alır" - Deputat

"Bu ilin 1-ci yarısında ölkə üzrə orta aylıq pensiya artıb, yaşa görə pensiya 574 manata çatıb, əvəzetmə əmsalı 49% təşkil edir. Bu da beynəlxalq əmək təşkilatının təyin etdiyi standartlara uyğundur”.

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Musa Quliyev deyib.

Deputat bildirib ki, ölkəmizdə 5-ci paket sosial islahatlar başlayıb: “O cümlədən minimum əməkhaqqı 345 manatdan 400 manata çatıb. Ümumiyyətlə son 3 ildə pensiyanın minimum məbləği artıb, pensiyanın orta aylıq məbləği isə 302 manatdan 538 manata yüksəlib. Minimum pensiyanın orta aylıq pensiyaya nisbəti 60 %-dir. Ölkədə 1103300 nəfər pensiyaçıdır. 64,6 %-i yaşa görə pensiyaçıdır, 12,4 % ailə başçısını itirməyə görə pensiya alır".

Komitə sədri həmçinin bildirib ki, Azərbaycanda hər 5 nəfərdən biri dövlətdən pensiya, müavinat, təqaüd, yaxud başqa yardım alır:

"Sosial dövlət olmağımızın göstəricisi budur. 2 milyondan çox insan dövlətin sosial müdafiə tədbirləri ilə birbaşa əhatə olunub".

Şərhlər

ƏNHU 2025-09-11 06:01:32

Deyir ki, hər 5 nəfərdən 1-i dövlətdən təqaüd və ya müavinət alır. Əcəb eliyir alır. Sənin cibinin pulu deyil ha yana-yana danışırsan. Yerin altından fışqıran havayı puldur. Gözünü müavinətə dikənin yerinə sən olsan hökuməti topa tutardın.Hərənin ovucuna bir abbası basıb səsini kəsmisiniz. Özünüz isə hər ay evinizə yarım ton pul aparırsınız. Yüz yerdən gəliriniz var. Hadı Rəcəblidən millətin canı təzə qurtarmışdı, indi də bu başlayıb. Guya hökumətə canı yanır.

Cavan 2025-09-10 23:07:19

Allah səni camaatın aldığı qədər təqaüdə möhtac eləsin.Musa sən hər dəfə danışdıqca insanları əsəbləşdirirsən.Danışma.

rr 2025-09-10 20:52:34

Bes siz ne qeder maash alirsiniz? havayidan

Nazim 2025-09-10 18:15:38

Ən aşagı pensiya Azərbaycandadır!!!!
Heç olmazsa belə həyasızcasına təhlilllər verməyin!!!!
Camaatın başını belə mənasız rəqəmlərlə aldatmayın,
Minimum əmək haqqı aclıq həddində olan yerdə nədən danışırsız!!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol