Menu

"Eskalasiya riski sıfıra yaxındır" - Mirzoyan

10.09.2025, 17:17
"Eskalasiya riski sıfıra yaxındır" - Mirzoyan

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvan və Bakı arasında sülh müqaviləsinin paraflanmasını mühüm hadisə adlandırıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

"Demək olar ki, sülh bərqərar olub, lakin biz hələ də yolun başlanğıcındayıq", - A.Mirzoyan bildirib.

O qeyd edib ki, bu, diqqət və ehtiyat tələb edən uzun bir prosesdir: "Sülh uzun bir prosesdir, o diqqət, deyilən hər bir sözə qarşı ehtiyatlı olmağı tələb edir".

A.Mirzoyanın sözlərinə görə, buna baxmayaraq, iki tərəf arasında bir sıra həll olunmamış məsələlər qalır: "Hələlik tərəflər bir-birinə atəş açmır, eskalasiya riski sıfıra yaxındır, lakin bir çox problemlər qalır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol