Qətər rəsmiləri paytaxt Dohada İsrailin HƏMAS-ın siyasi rəhbərliyinə etdiyi hücumu şok və xəyanət kimi qiymətləndirirlər.
“The Washington Post”-un məlumatına görə, hücum nəticəsində yüksək vəzifəli HƏMAS liderləri məhv edilməsə də, Qəzzadakı münaqişəni dayandırmaq üçün mövcud olan azsaylı danışıqlar kanallarından biri bağlanıb.
Qətər rəsmiləri hücuma dərhal reaksiya verərək, bunun vasitəçilik roluna ciddi zərbə vurduğunu və HƏMAS liderlərinə mesaj çatdırmaq üçün etibarlı kanalların əlindən alındığını bildiriblər. Mənbələr qeyd edirlər ki, keçən ay İsrail və ABŞ HƏMAS nümayəndələrinin öz ərazilərində hədəfə alınmayacağına dair söz vermişdilər, lakin bu vədlər yerinə yetirilməyib.
Hücum nəticəsində Qətər həm İsrail, həm də İran tərəfindən təhid altına alınan ölkələrdən birinə çevrilib.
Hüquq-mühafizə və diplomatik dairələr Qətərin bu hadisədən sonra regionda vasitəçilik rolunu itirə biləcəyini və HƏMAS ilə əlaqələrin çətinləşəcəyini vurğulayır. Analitiklər bildirirlər ki, bu addım İsrailin strateji səhvi olmaqla yanaşı, Qətərin diplomatik nüfuzuna ciddi zərbə vurur.
“AzPolitika.info”


Şərhlər