Menu

Paşinyan müdafiə xərclərinin azaldılmasına aydınlıq gətirib

10.09.2025, 18:46
Paşinyan müdafiə xərclərinin azaldılmasına aydınlıq gətirib

2026-cı ildə müdafiə xərclərinin azaldılması 2025-ci ildə onların kəskin artımı ilə tarazlaşdırılır.

APA xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə 2024-cü ilə nisbətən müdafiə xərclərində kəskin artım baş verib: “2025-ci ildə müdafiə xərclərində 2024-cü illə müqayisədə kəskin və qeyri-mütənasib artım olub. Biz əhəmiyyətli müdafiə xərclərini həyata keçirdik, onların bir hissəsini gələcək borc və öhdəliklərin, o cümlədən müdafiə sahəsində öhdəliklərin ödənilməsinə yönəltdik”.

Baş nazir qeyd edib ki, orta müddətli xərclər proqramına əsasən, 2026-cı il üçün müdafiə xərcləri 2024-cü illə müqayisədə təbii artım nümayiş etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol