Menu

Paşinyan Zəngəzur dəhlizindən danışdı - “Bu ad Azərbaycanda o qədər məşhurlaşıb ki...”

10.09.2025, 20:17
Paşinyan Zəngəzur dəhlizindən danışdı - “Bu ad Azərbaycanda o qədər məşhurlaşıb ki...”

Ermənistan və Azərbaycan Vaşinqtonda bir-birlərinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını bir daha tanıyıb.

"AzPolitika" “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

Onun sözlərinə görə, TRIPP layihəsi Ermənistan və ABŞ arasında ikitərəfli müzakirə mövzusudur.

Bununla belə, Paşinyan istisna etməyib ki, obyektiv və subyektiv şəraitə görə, bu ad (Zəngəzur dəhlizi) Azərbaycanda o qədər məşhurlaşıb ki, Azərbaycan öz ərazisindən keçən istənilən infrastrukturu, o cümlədən “Tramp yoluna” qoşulmalı olan infrastrukturu istənilən adla çağıra bilər.

“İstisna etmirəm ki, obyektiv və subyektiv amillərə əsaslanan bu ad (“Zəngəzur dəhlizi”) Azərbaycanda o qədər məşhurlaşıb ki, orada istənilən, o cümlədən “Tramp marşrutu” ilə sinxronlaşdırılmalı olan infrastruktur məhz belə adlandırılıb”, - Paşinyan əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol