BVF-nun iqtisadçıları, neft qiymətlərinin aşağı düşməsinin qlobal iqtisadi artımın sürətini gələn il 0,7 faiz bəndi artacağını proqnozlaşdırırlar.
Beynəlxalq Valyuta Fondunun (BVF) iqtisadçıları, neft qiymətlərində yaşanan enişin sanki dünya iqtisadiyyatının qoluna vurulan bir peyvənd xüsusiyyəti daşıdığını söyləyib.
BVF-nun Baş iqtisadçısı Olivier Blanchard ilə BVF-nun Əmtəə Araşdırma Departamentinin Sədri Rabah Arezkiyə görə, neft qiymətlərindəki eniş qlobal iqtisadi artıma müsbət təsir edəcək. Qiymətləndirmədə, düşən neftlə qlobal böyümə sürətinin gələn il 0,7 faiz bəndi artacağı proqnozlaşdırılıb.

Şərhlər