Menu

“Qazaxıstanda mal əti Azərbaycandan iki dəfə ucuzdur” – “Kənd təsərrüfatı bərbad hala salınıb"

13.09.2025, 21:12
“Qazaxıstanda mal əti Azərbaycandan iki dəfə ucuzdur” – “Kənd təsərrüfatı bərbad hala salınıb"

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli aqrar sektordakı mövcud vəziyyəti şərh edərkən bildirib ki, uzun illərdir Azərbaycanda təsərrüfatsızlıq hökm sürür. Onun sözlərinə görə, kənd təsərrüfatında məhsul istehsalı azalır, məhsuldarlıq aşağı düşür, məhsulun maya dəyəri isə getdikcə artır.

Ekspert deyib ki, bu səbəbdən yeyinti məhsullarının qiymətləri davamlı olaraq bahalaşır: “Son illər yüksək kalorili məhsulların qiymətləri iki dəfədən çox artıb. Heyvandarlıq məhsulları o qədər bahalaşıb ki, artıq ət və süd məhsulları geniş əhali üçün əlçatan deyil”.

V. Məhərrəmli müqayisə də aparıb: “Qazaxıstanda sümüklü mal ətinin qiyməti bizim pulla 8 manat 30 qəpik olduğu halda, Azərbaycanda 17 manata satılır. Yəni Qazaxıstanda mal əti Azərbaycandakından iki dəfə ucuzdur. Orada vətəndaş aylıq əməkhaqqına azərbaycanlıdan üç dəfə çox ət ala bilir. Azərbaycanda əməkhaqqı aşağıdır, amma yeyinti məhsullarının qiymətləri çox yüksəkdir”.

Ekspert vurğulayıb ki, yaxın perspektivdə də qiymətlərin ucuzlaşması gözlənilmir:
“Təəssüf ki, heyvandarlıq məhsullarının bahalaşması davam edəcək..."

Ekspert qeyd edib ki, kənd təsərrüfatında idarəetmə qeyri-peşəkarların əlində olduğundan sahə bərbad hala salınıb.

Vahid Məhərrəmli kənd təsərrüfatı naziri Məcnun Məmmədovun açıqlamalarına da münasibət bildirib. 

O xatırladıb ki, nazir aqrar sahədə vəziyyətin çox yaxşı olduğunu deyib və sistemli islahatların həyata keçirildiyini vurğulayıb: “Deyilir ki, son illər sistemli islahatlar aparılıb və nəticədə kənd təsərrüfatında dayanıqlı, rəqabətədavamlı inkişaf baş verib. Ancaq necə olub ki, bizim xəbərimiz olmayıb? Mən deyə bilərəm ki, işi bacarmasalar da, gözə kül üfürməyi çox yaxşı bacarırlar”.

Ekspert əlavə edib ki, yalnız heyvandarlıq məhsulları deyil, son günlər kartof, badımcan, lobya, bibər, pomidor, xiyar və digər tərəvəzlərin, həmçinin fındıq və badamın qiymətlərində də artım müşahidə olunur. Onun sözlərinə görə, meyvələrin qiymətində də ciddi bahalaşma var.

"AzPolitika.info"

Şərhlər

Orxan 2025-09-15 14:21:11

Türkiyədə ət bizdən 2 dəfə bahadı

Anar 2025-09-14 18:12:27

Bazar iqtisadiyyatı belə olmur.Bu xalqa zülm iqtisadiyyatıdır. Özbaşına buraxılıblar.nəzarət edilmirlər.Bir savadsız tarif şurası yaradıblar ki.onlar da bu müftəxorların arzusu ilə bahalaşdırma ilə məşğuldurlar.Monopoliya və özbaşına buraxılma dünyanın heç bir ölkəsində bu səviyyədə deyil.

Kohne 2025-09-13 22:27:35

BU QEDER PUL BURAXILDI MAL QARA GETIRILSIN CAMAATA PAYLANSIN.....HAMISINI BASIB YEDILER......

sadiq 2025-09-13 21:29:41

təəsüf ki bu gün bir çox nazirliklərdə olduğu kimi kənd təsərrüfatı nazirliyi də qeyri- peşəkarların əlindədir

Ramiz 2025-09-13 20:34:45

Bu ölkədə hansı sahə inkişaf edib ki, kənd təsərrüfatıda inkişaf etsin. ....

Azər 2025-09-13 17:03:41

Bbütün bunlar sahənin özbaşına bburaxılmasının və nazarətin biərəkdən.məqsədli yoxluğunun nəticəidir.Xalqın güzəranı hökuməti maralandırmır!

Elşən 2025-09-13 15:48:26

məmurlar xalqın başına oyun açırlar

Kazım 2025-09-13 14:50:11

Bizdə hər şeyin qiyməti qalxır və avtomatik ətin də qiyməti qalxır. Qiymətlər düşünülmüş şəkildə qaldırılır bizdə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol