Menu

Qəzzada daha 47 insan qətlə yetirilib

13.09.2025, 22:38
Qəzzada daha 47 insan qətlə yetirilib

İsrail ordusunun Qəzza zolağında qətlə yetirdiyi dinc fələstinlilərin son 24 saatda 47 nəfər artaraq 64 min 803-ə çatıb.

Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində Qəzza zolağının xəstəxanalarında 47 nəfər ölüb, 205 nəfər yaralanıb.

İsrailin Qəzza zolağında yaşayanlara qarşı həyata keçirdiyi soyqrımçı siyasətdə həyatını itirənlərin sayının 64 min 803 nəfərə, yaralı sayının isə 164 min 264 nəfərə yüksəldiyi bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol