Menu

Müsadirə olunan pullar faizi ilə qaytarılacaq

23.12.2014, 11:43
Müsadirə olunan pullar faizi ilə qaytarılacaq

“17 dekabr” əməliyyatı çərçivəsində iş adamı Rza Zərrabla birlikdə həbs edilmiş Abdulla Həbbanidən müsadirə olunan pul və qızıllar faizi ilə geri qaytarılacaq. Musavat.com-un məlumatına görə, Həbbaninin pul və 2 kq qızıl külçəsinə 1 ildə 55 min türk lirəsi faiz gəlib.

Həbbanı “Rüşvət almağa və verməyə vasitəçilik etmək”, “Cinayət törətmək məqsədilə təşkilat qurmaq”cinayətindən həbs olunmuşdu.

Həbbanı iş adamı Rza Zərraba yaxınlığı ilə tanınır. Onun şirkətindən 1 milyon 800 min lirə pul və 2 kq külçə qızıl müsadirə edilərək ədliyyədə əmanət otağında saxlanılır.

Digər tərəfdən isə eks daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər də eyni vaxtda müsadirə olunmuş pullarını faizi ilə alacaq. Əməliyyatda Gülərin 350 min lirə, 350 min avro, 90 min dolları müsadirə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol