Menu

“Qəzzada bu gün baş verənlər dəhşətlidir" - "Mülki şəxslərin kütləvi qətlini müşahidə edirik”

16.09.2025, 21:09
“Qəzzada bu gün baş verənlər dəhşətlidir"  - "Mülki şəxslərin kütləvi qətlini müşahidə edirik”

İsrailin Qəzza şəhərinə genişmiqyaslı quru hücumu yaşayış məntəqəsinin sistemli şəkildə dağıdılmasıdır.

APA xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş bildirib.

“Qəzzada bu gün baş verənlər dəhşətlidir. Biz rayonların kütləvi dağıdılmasını, Qəzza şəhərinin sistemli şəkildə yerlə-yeksan edilməsini görürük. Biz mülki şəxslərin kütləvi qətlini müşahidə edirik və mən baş katib olduğum müddətdə heç bir münaqişədə belə bir vəziyyətə rast gəlməmişəm”, – deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol