Menu

MSK SƏDRİ ÜÇÜN “SEMİÇKA PULU”... - Pənahovun oğlunda 300 minlik qızıl-zinət əşyası hardandır?

18.09.2025, 21:30
MSK SƏDRİ ÜÇÜN “SEMİÇKA PULU”... -  Pənahovun oğlunda 300 minlik qızıl-zinət əşyası hardandır?

Xəbər verildiyi kimi, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu ilə onun keçmiş arvadı arasındakı əmlak mübahisəsinə dair məhkəmə qərarı çıxarılıb. Qərara görə, Pənahovun oğlu keçmiş həyat yoldaşına qiyməti 300 min manat təşkil edən qızıl-zinət əşyaları qaytarmalıdır…

Doğrusu, Azərbaycan cəmiyyəti iri məmurların böyük bizneslərə, saysız-hesabsız mülklərə, xaricdə bank hesablarına, milyonlara, on milyonlara sahib olmasına o qədər öyrəşib ki, artıq onlardan hansınınsa övladı ilə bağlı bu cür “bahalı söhbətlər” üzə çıxanda, heç kim buna məhəl qoymur. Məsələn, heç kim soruşmur ki, Məzahir Pənahovun “əlini ağdan qaraya vurmayan” oğlunda 300 min manatlıq qızıl-zinət əşyası hardandır?

Pənahov, yaxud onun oğlu bu pulun rəsmi mənbəyilə bağlı hesabat verə bilərmi? Deyə bilərmi ki, bu kah-kəşanın mənbəyi nədir? Minimum əmək haqqının 400 manat olduğu bir ölkədə MSK sədrinin oğlunda 300 min manatlıq təkcə qızıl-zinət əşyası hardandır? Bu məbləğ Pənahovun neçə illik rəsmi maaşıdır?

Əlbəttə ki, 300 min manat belələri üçün böyük pul deyil – “semiçka pulu”dur. Həmin bu qızıl-zinət əşyaları da sözsüz ki, Pənahovun özü bir tərəfə, təkcə oğlunun malik olduğu sərvətlərin yüzdə neçəsə faizi ola, ya olmaya…

Ancaq ən acınacaqlısı odur ki, çoxdan adiləşmiş bu mənzərəyə görə MSK sədri də daxil olmaqla, heç kim, heç bir məmur xəcalət çəkmir. Bu adamlar məsələnin hüquqi tərəfi bir yana, heç bir ayıb, mənəvi məsuliyyət hissi də keçirmir, əksinə, bunu böyük fərasət bilirlər. Bəlkə də cəzasız qalacaqlarını düşündükləri üçün özlərini cəmiyyətin, xalqın, dövlətin, qanunun qarşısında hesabat verməyə borclu bilmirlər. Sanki nə qanun, nə ədalət, nə də mənəvi dəyərlər belələri üçün yazılmayıb…

Cəlal Məmmədli

“AzPolitika.info”   

Şərhlər

işsiz İnsan 2025-09-20 11:26:44

Talan qarət çox sürətlə davam edir

Firudin 2025-09-19 20:14:12

Seçki mainasiyalarından qazandğı bundan dəfələrlə çodur.Bu 300 000 nədir ki!Guya bunu bilən yoxdur?

Roma 2025-09-19 13:18:41

Məzahir bəyin, Millət, Xalq qarşısında xidməti "çox böyükdür", ona hətda Kopperfild kimi illizüyanistlər də həsəd aparar, belə ki, onlar bir neçə fokus göstərə bildikləri halda, bu kişi daha çox illizüya göstərər...

Kohne 2025-09-18 21:38:21

MEZAHIRE BIR ÇIRTMA VURSALAR DEYEREM. HƏ ! VURMURLAR...AXI !

Fərq 2025-09-18 21:21:36

Sadəcə ritorika…

Vetendaş 2025-09-18 21:08:05

Bu ölkədə oğru məmurlar qəhrəman, bacarıqlı insanlar hesab olunur. Kasıbların isə qanını içməkdə davam edirlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol