Menu

MİLLƏT VƏKİLLƏRİ İSTEFA VERDİLƏR - Bu federasiyanın bütün rəhbər heyəti getdi

19.09.2025, 01:04
MİLLƏT VƏKİLLƏRİ İSTEFA VERDİLƏR  - Bu federasiyanın bütün rəhbər heyəti getdi

Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan nümayəndəliyinin rəhbər şəxsləri tutduqları vəzifələrdən istefa veriblər.

"AzPolitika" xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.

Qeyd olunub ki, Federasiyanın prezidenti Jalə Əhmədova, 1-ci vitse-prezidenti Könül Nurullayeva, vitse-prezidenti Anar Qurbanov, İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuzə İskəndərova, eləcə də katibliyin rəhbəri Tünzalə Əzimova istefa verdiklərini açıqlayıblar.

Bundan başqa, DAF-ın Azərbaycan nümayəndəliyi də (prezident Fuad Quliyev, 1-ci vitse-prezident Mehman Səfərov, vitse-prezident Davud Davudov, Könüllülərlə iş departamentinin rəhbəri Jalə Məmmədova) istefa qərarı verib.

İstefaların əsas səbəbi Federasiyanın idarə olunması və inkişaf strategiyası ilə bağlı İcraiyyə Komitəsi və İdarə Heyəti arasında yaranmış ciddi fikir ayrılıqları göstərilib.

Qeyd edək ki, Jalə Əhmədova və Könül Nurullayeva deputatdırlar.

Fotoda: Jalə Əhmədova

Fotoda: Könül Nurullayeva

Şərhlər

Mustafaoğu 2025-09-30 21:00:13

Jalə xanım sabiq deputatdır və hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşviridir!
OnlAR istefa verməyə məcbur ediblər, səbəbini özləri yaxşı bilirlər !

Mətanət 2025-09-21 19:36:39

Bunlardan nə deputat.nə millət vəkiliolar! Elə bil gözəllik salonunda oturubar ...

Möhsün 2025-09-20 13:08:00

Azərbaycanın kefləri kök yazılmış "deputatarına"bax!.Elə bil gözəllik salonindadırlar.bnların xalqa bir qəpiklik qayğsı.xeyri dəyibmi?Amma hər ay havayı 6000 manat alırar.Bəs bu pulu alanda utanc hissi keçirirlərmi?

Fizuli 2025-09-19 20:09:09

Bunlar millət vəilləridir? Bunlar xalqı tanıyır?Deputatlıqdan istefa veriblər? Ola bilməz!Nəsə qaranlıq məsələdir.

Kohne 2025-09-19 15:36:18

Deputatlar her yerden 5 əlli yapiširlar ........

Mətləb 2025-09-19 15:13:39

İstefa mədənyyəti olmayan ölkədə yaşayırıq.Nə istefa! Bunar deputat yazılıblar heç bundan istefa verərlər? Bu adları keçən qanunsuz,,özü və işi naməum qurumdur ki,bunları oraya yazıblar. İndi yəqin adlarını başqa yerə yazacaqlar.

Vahid 2025-09-19 14:55:35

Bu "deputatlar"görəsən federasiyanın nə işlə məşul olduqlarndan xəbərləri va ?Vahid:

Kamil 2025-09-19 14:51:59

Soruşmaq ayıb olmasın bu nə federasiyasıdır və hansı İdman növü kimi Azərbaycanda maraq doğurur?Bu federasiyanın işini, vəzifəsini.nətcəsini bilən.görən.eşidən varmı?...

Ehtiqad 2025-09-19 12:25:32

İllərdi bu,iki qadın oturub Milli Məclisdə səsləri cixmayıb hələ

Qalib 2025-09-19 10:42:45

Sən Allah, bu federasiyanın fəaliyyətini harada görmüsüz? Bunlar bizi niyə aldadırdılar, hə, Jalə xanım?

Vasif 2025-09-19 09:57:48

Başlığı oxuyanda təəcübləndim.Azərbaycanda istefa mədəniyyəti var? Onu millət seçməyib ki.parlamentdə vaxt keçrib zəhmətsiz 5000-6000min maaş alsın.?Bura onun əlavə gəlir yeri idi,sadəcə yerini dəyişirlərYazanda bir az dqqətli olun.Xalqı çaşdırmayn.

Vətəndaş 2025-09-19 09:45:34

Bir də ki.buna havayı verilən 5-6 min manat maaş azdımı kimi əlavə kormuşka da düzəltmişdilər..Vallah aybdır.Millətin bu ağır ünündə bunların oyunlarına bax!

Kasıb 2025-09-18 23:31:00

Bu nə federasiyasıdır ki,bu qədər ştatı.vitse prezidentı var? Xalqın pulunu belləərinə paylamaq nə qədər doğrudur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol