Araşdırmaçı jurnalist Cavanşir Həsənli “Facebook” səhifəsində yazır ki, Baş nazirin keçmiş müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, hazırda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının sədri olan Əli Həsənovun kürəkəni Elman Allahverdiyev xaricdə yeni bizneslər qurur.

Onun araşdırmasına görə, Almaniyanın Hamburq şəhərində yaşayan Allahverdiyev bu ilin yanvarında Londonda OPAL YACHTING LTD adlı şirkət təsis edib. Araşdırmaya əsasən, şirkət hələ ki “dormant” - yəni fəaliyyətsiz statusda olsa da, bu addım gələcəkdə yaxta biznesinə başlamaq üçün hüquqi baza və platforma yaratmaq məqsədi daşıya bilər. C.Həsənli qeyd edir ki, bu cür şirkətlər vasitəsilə sahibkarlar bank hesabı aça, viza və oturum icazəsi üçün əsas yarada və investor cəlb edə bilirlər.
Cavanşir Həsənli xatırladır ki, Elman Allahverdiyev Almaniyada da bir sıra şirkətlərin sahibidir. O, Hamburqda LOHIMEX GmbH şirkətini təsis edib, “AuK Hotel GmbH”-nı alaraq “Glorious Hotels & Resorts GmbH” adı ilə yenidən qeydiyyatdan keçirib. Bu şirkətlər vaxtilə Bad Bevensen şəhərində satın alınmış “Kieferneck” otelində qeydiyyatdadır.

Jurnalist bildirir ki, Allahverdiyevin Bad Bevensendə aldığı başqa otellər də var. 2014-cü ildə şəhərin Bergstraße küçəsində “Heidekrug” otelini alıb, lakin 5 il istifadəsiz saxladıqdan sonra 2019-cu ildə “Manfred Preuss” adlı şəxsə dəyər-dəyməzinə satıb. Yeni sahibi otel otaqlarını 15 mənzilə çevirərək satışa çıxarıb.

Eyni ildə Elman Allahverdiyev Bad Bevensendə sahəsi 14 770 kv.m olan keçmiş “Diabet Klinikası”nı da alıb. Burada vaxtilə Almaniya Diabet Muzeyi yerləşirdi. 2019-cu ildə klinika binası sökülüb, həmin ərazi isə bu günədək xarabalığı xatırladır. Bundan başqa, Allahverdiyev kurort şəhərinin Haberkamp küçəsində yerləşən “Grüning Hotel”, eləcə də “Nicolas” pansionatını da alıb.
Beləliklə, Cavanşir Həsənlinin təqdim etdiyi siyahıya görə, Əli Həsənovun kürəkəni yalnız Bad Bevensen şəhərində 4 otel, 1 pansionat və 1 klinika binasına sahib olub.
C.Həsənli əlavə edir ki, Elman Allahverdiyevin adı ictimaiyyətə daha çox oğlu Nail Allahverdiyevin 2017-ci ildə törətdiyi ağır yol qəzası ilə bağlı tanışdır. Həmin ilin avqustunda Nail Allahverdiyev “Mercedes-Gelandewagen” markalı avtomobillə yüksək sürətlə hərəkət edərək iki nəfərin ölümünə, daha ikisinin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmuşdu. Araşdırmaçı jurnalistin iddiasına görə, məhz bu hadisədən dərhal sonra Elman Allahverdiyev Azərbaycandan külli miqdarda vəsait çıxararaq Almaniyada milyonlarla avro dəyərində otellər və klinika binası alıb.
Xatırladaq ki, Əli Həsənov 1998–2019-cu illərdə Baş nazirin müavini, 1998-2018-ci illərdə isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.
Rasim Əliyev
“AzPolitika.info”








Şərhlər
niye güc strukturları bu eli hesenovun qapisini doymur eli hesenov hebs edilmelidir tecili dovletin milyardlarini xarixe dasiyib biznes qurur buda qacqin kom
Yaxşı ki, Azpolitika qəzeti var. Bu cür məqalələrlə rüşvətxorları ifşa edin .
Görəsən Əli Həsənovun əsl adı.soyad.ata adı necədir?Buraya o biri Əli Həsənov da aiddir.
Bəs o biri..... Əli Həsənov nə oldu?Guya o az yığıb? Azərbaycanda erməni əsililərin hamısının adı,soyadı ....
Onda Əli yeyirdi, indi də Rövşən yeyir. Stop deyən yoxdur
Qanunlar iṣləməyən yerdə oğru-quldurlar elita olur bunun da bariz nůmunəsi əli həsənov və onun yetirmələri.bir əli deyil ki,onnan baṣqa bu məmləkətdə elitanı təṣkil edən dəstə çoxdur,qanunlarımız isə çooox cılızdır...
20 il Qaçqınkoma ayrılan pullardır,səsi görün haralardan gəlir...
Qaçqınkom sədrinin nəvəsi, bunun da oğlu, 2017-ci ildə avtomobili ilə 2 nəfəri öldürmüş, 2-ni də şil-küt etmiş, deyilənə görə ömürlük şikəst etmiş, birisi törətdiyi cinayətə görə, neçə il həbsxanada (faktiki sanatoriyada, belə ki, həbsxanada yəqin ki, ayrıca otaq, içi dolu soyuducu, telefonu və s...) 1-2 il yatdı, çıxıb və mən 100 yox 500 faiz əminəm ki, əvvəlkindən də yaxşı maşını, cibindəki pulunun heç sayını düz-əməlli bilmir və s... yenə də kefdə-damağda...hamısı da Qaçqınkomun pulları hesabına...Görəsən həmin nəvə Vətənə, Millətə, Xalqa neynəyib, Qarabağı qoruyubmu, heç hərbidə olubmu???...
Buna qaçqınların pulunu mənimsəyəndə niyə stop deyən olmadı?İndi bunu yazmağın mənası nə?Bu hamıya aydındır ki,sistem Azərbaycanı qarışıq milli və qyri millilərin soyub talamasına və xaricə qaşırmalarına imkan verib.xalqın malı açıqcana talan edilir..
Bizdən olmayan məmurlar ölkəni söküb dağıdırlar. Biz milləti talan edib biz millətə milyardları atırlar. Bizim axırımız ya məhvə gedir ya da dirçəlib millət olmalıyıq
hardandi paralar? bilen var?
Ay "MAŞALLAH" olsun, yenə milyonlar, yəqin ki, QAÇQINKOMUN pulları hesabına alınıb, satılır, tikilir və s...
Siz bunlara fikir verməyin. Nəfsinizi kəm edin.. Çalışın ki, bu dünyada yox, gələcək dünyada cənnətə gedəsiniz. Elə deyil?!