Menu

GÜRCÜSTAN 7, AZƏRBAYCAN 2 FAİZ... – İqtisadi artım proqnozuna görə Ukraynadan da geridəyik

26.09.2025, 20:35
GÜRCÜSTAN 7, AZƏRBAYCAN 2 FAİZ... – İqtisadi artım proqnozuna görə Ukraynadan da geridəyik

Avropa Yenidənqurma və İnkişaf Bankı(AYİB) gələn il üçün Şərqi Avropa və Qafqaz ölkələrinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) ÜDM-nin artım proqnozlarını açıqlayıb.

“AzPolitika” xəbər verir ki, bankın iqtisadi artım proqnozlarına görə, Azərbaycanda gələn il bu göstərici Cənubi Qafqazda ən aşağı olacaq.

AYİB hesab edir ki, 2026-cı ildə bu ölkələr üzrə ortalama iqtisadi artım dəyişməyərək 4,4% səviyyəsində qalacaq. Lakin ölkələr üzrə ayrı-ayrılıqda göstəricilər kifatət qədər fərqlənir.

Bu regionda artım proqnozunda ən əhəmiyyətli eniş Azərbaycandadır - 1 faiz bəndi azalaraq 2 faizə düşüb. Ukraynaya aid proqnoz 0,8 faiz bəndi azalaraq 2,5 faizə, Moldovada 0,3 faiz bəndi azalaraq 1,5 faizə düşüb.

Ən böyük artım isə Gürcüstanda müşahidə olunub - 7%. Bu, əvvəlki illə müqayisədə 1 faiz bəndi çoxdur. Ermənistanda artımın 5% olacağı gözlənilir.

Azərbaycanla bağlı qeyd olunur ki, ölkəmizin qarşılaşa biləcəyi risklərə “enerji qiymətlərindəki dəyişkənlik, qlobal ticarətdə qeyri-müəyyənlik və regional geosiyasət” daxildir.

Əlbəttə ki, ümumilikdə ölkə iqtisadiyyatında yaranmış resessiya meylləri və AYİB kimi nüfuzlu beynəlxalq qurumların heç də ürəkaçan olmayan proqnozları hökumətin iqtisadi komandasının öz fəaliyyətilə bağlı daha dərindən düşünməsi üçün əsaslar yaradır...

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Ramz 2025-10-01 14:35:18

Maaş qalxmadığı halda internet, avtobusla gediş haqqı və s qalxmamalıdır.

CƏMŞİD BƏY-Ə 2025-09-30 20:23:24

Bu yalan rəqəmlərlə baş dolandıran qurumların rəhbərlərini kim tapıb.fərman imlzalayıb vəzifə.kabinet və ixtiyar verib?Niyə onların işin.yalanlarına nəzarət.diqqət verilmir?bax burdan aşlamaq faydalı olar.Yoxsa kimisə qiyabi tənqiddən nəticə çıxmaz.

Cəmşid Dərələyəzli 2025-09-26 16:00:59

Sadəcə, utancverici. Hökümət və hakimiyyətin bəzi qollarının (xüsusən də qanunverici hakimiyyətin bəzi mənsublarının) nümayəndələrinin bu məlumatlardan xəbərləri varmı əcaba. Utanırlarmı ki, Ölkə Başçısını arxayın salmaq üçün, il boyu iqtisadi artımla bağlı püsgürdükləri rəqəmlər hamısı fiksiya olub. İllərdir bunu öncədən görən ağıllı mütəxəssislər haray salır ki, gəlin Özəl sektorun inkişafına şərait yaradın. Sahibkarlara kənar müdaxilələri yığışdırın. Neftdən gələn gəlirlərdən bu sahənin inkişafına vəsait ayırın. Eşidilmədi, edilmədi, bu da nəticəsi. İndi buyurun bu hesabatı oxuyun. Heç bir təbii sərvəti olmayan, Cənubi Qafqaz ölkələrindən iqtisadi artımda, yəni UDM da nə qədər geriyik biz.

İqtisadçı 2025-09-26 15:25:26

Hələ bu 2 faiz də pripiskadır. Harda.hansı sahədə inkişaf görürsünüz ?Tənəzzül bütün sfralarda ortadadır.

Cəmşid Dərələyəzli 2025-09-26 14:24:52

Hökümətin və bəzi hakimiyyət qollarının (xüsusən də qanunverici hakimiyyətin özü-özünü reklam edən bəzi mənsublarının) nümayəndələrinin bu məlumatlardan xəbərləri varmı əcaba. İl boyu yalan məlimatlarla Ölkə Başçısın arxayın salan bu qrumların rəhbərlərinin indi nə deyəcəklər. İllərlə Hökümətə çağrılar edilir ki, gəlin allah baxın Özəl sektorun inkişafına şərait yaradın. Mənasız yerə talanan neft gəlirlərindən bu sahəyə vəzait ayırın. Bu da nəticəsi. indi Hökümət ilin sonunda hansı üzlə nəyin heasbatını verəcək o maraqlıdı..

Oxucu 2025-09-26 12:31:33

Yalan və qərəzlidirlər. vergi, cərimə, gömrük, yüzlərlə agentliklər, asan xidmət-çətin vergi, xidmət haqları, hamsını 100 faiz yüksəltmək lazımdır, . rusiyada, Qazaxıstanda niyə mal eti 8 manatdır.? Onları da qaldırmaq lazımdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol