Menu

Rubla yeni dəstək

23.12.2014, 16:25
Rubla yeni dəstək

Rusiya dəyər itirən rubla dəstək üçün yeni addım atdı.

Rusiyanın Baş naziri Dmitri Medvedev rublun sabitləşməsi üçün ölkənin dövlət nəzarətindəki ən böyük ixracatçıların malik olduqları xarici valyuta gəlirlərinin bir hissəsini satmaq məcburiyyətində qoyan bir tənzimləməni imzalayıb.

Yəni, iri ixracatçılar dollar və ya avro kimi xarici valyutalar ilə qazandıqları gəlirləri bazarda sataraq rubla çevirməli olacaqlar. Bunun da rubla təlabatın artmasına və məzənnəsinin yüksəlməsinə gətirib çıxacağına inanılır.

Kommersant qəzetində verilən xəbərdə, şirkətlərin qarşıdakı iki ayda bazarı gündəlik 1 milyard dollara qədər təmin edə biləcəkləri qeyd edilib.

Rusiya Mərkəzi Bankı da ixracatçılarla valyuta bazarında sabitliyin qorunması məqsədli danışıqlar aparacağını açıqlayıb. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol