Menu

Seçici fəallığı: rəsmi rəqəm 32,44%-dir

23.12.2014, 16:40
Seçici fəallığı: rəsmi rəqəm 32,44%-dir

23 dekabr bələdiyyə seçkilərində saat 15-dək seçici fəallığı 32,44 faiz olub.

AzərTAc xəbər verir ki, Mərkəzi Seçki Komissiyası belə açıqlama yayıb. Açıqlamaya görə, səsvermə hüququna malik 4 milyon 819 min 382 seçicidən 1 milyon 563 min 357 nəfərinin səs verib.

Ölkə üzrə ən çox seçici fəallığı 44,64 faizlə 53 saylı Quba-Qusar seçki dairəsində, ən aşağı seçici fəallığı isə 22,64 faizlə 21 saylı Nəsimi birinci seçki dairəsində qeydə alınıb.

5 min 15 məntəqə üzrə keçirilən bələdiyyə seçkiləri saat 19-da başa çatacaq.

Seçkilərdə 1607 bələdiyyə üzrə 15 min 35 bələdiyyə üzvlüyünə 37 min 77 namizəd iştirak edir. 13 min 907 nəfər səkkiz siyasi partiyadan, 23 min 61 nəfər fərdi qaydada, 109 nəfər isə təşəbbüs qrupundan namizəd irəli sürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol