Menu

Məhkəmə Saakaşvili ilə bağlı qərar verib

29.09.2025, 13:15
Məhkəmə Saakaşvili ilə bağlı qərar verib

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ilə bağlı qərar qəbul edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, məhkəmə Maliyyə Nazirliyinin iddiasını təmin edərək dövlət büdcəsindən mənimsənildiyi deyilən 9 milyon larinin (3 milyon 330 min dollar) geri qaytarılmasına qərar verib.

Qərara əsasən, Saakaşvili və Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Teimuraz Janaşiya dövlətə ümumilikdə 9 milyon lari ödəməlidirlər.

Xatırladaq ki, hər iki şəxs Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin ikinci və üçüncü bəndləri ilə – "vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, qrup halında böyük məbləğdə vəsaitin qanunsuz mənimsənilməsi" ittihamı üzrə məhkum olunmuşdu. Bu iş üzrə Saakaşviliyə 8 il həbs cəzası, Janaşiyaya isə 300 min lari (106 min dollar) cərimə kəsilmişdi.

Daha sonra dövlət onların əleyhinə məşhur "Pincaklar işi" çərçivəsində məhkəməyə mülki iddia qaldırmış və büdcəyə dəymiş ziyanın ödənilməsini tələb etmişdi.

Şərhlər

Rr 2025-09-29 13:42:15

Qurculerin beynin yere sozum! O kishi bunnari adam eledi dunyada qapi acdi, bunnar ise,,,

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol