Menu

Rusiyada işləyən 1 milyon tacikin pulunu vermirlər

23.12.2014, 16:45
Rusiyada işləyən 1 milyon tacikin pulunu vermirlər

Tacik Əmək Mühacirləri Hərəkatının sədri Karomat Şaripovun açıqlamasına görə, Rusiyada çalışan 1 milyona yaxın tacik bu ölkədə qazandığı halal pulunu ala bilmir.

“Media forum” saytının məlumatına görə, K.Şaripov bildirib ki, mühacirlərə ödənilməyən pulun ümumi həcmi 1 milyard rubl təşkil edir.

Burada söhbət xarici sərmayədarların müəssisələrində çalışan fəhlələrdən gedir. Həmin sərmayədarlar isə Rusiya ərazisində qeyri-leqal fəaliyyət göstərir.

K.Şaripov deyib ki, o, işçi mühacirlərə qarşı deyil, Rusiyanın belə mühacirlərə ehtiyacı var: “Amma indi onların hansı problemlə üzləşdiyini görürük. Bu məsələdə Rusiya dövləti məsuliyyət daşıyır. Haqqı tapdanan taciklər sosial paketlərlə təmin olunmalı və onlar özlərini insan kimi hiss etməlidirlər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol