Menu

Milli Məclisdə özəl xəstəxanalarda tibbi sığorta ilə bağlı problemlər açıqlanıb

30.09.2025, 14:42
Milli Məclisdə özəl xəstəxanalarda tibbi sığorta ilə bağlı problemlər açıqlanıb

Tibbi sığortayla əlaqədar xidmətlər zərfində əməliyyat pulu qarşılansa da, qalmaq pulu nəzərdə tutulmur.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov bildirib ki, bəzi əməliyyatlar özəl xəstəxanalara həvalə olunsa da, həmin özəl xəstəxanalarda qalmaq bahalı, otel qiymətinədir: “Xəstə əməliyyat olan kimi də durub evə gedə bilməz. Təklif edirəm ki, əməliyyat xərclərindən əlavə olan xərcləri də xidmətlər zərfinə daxil edək, ya başqa qayda ilə tənzimləyək. Digər tərəfdən, bir qrup xəstəliklər üçün dövlət tərəfindən dərmanlar ayrılır. Biz bir küçədən keçəndə az qala 10 aptek görürük. Amma bu xəstəliklər üçün ayrılan dərmanları ancaq bir aptekdən paylayırlar. Onun qarşısında sıra yaranır, vətəndaşa problem yaranır. 5-6 aptek açsınlar, onsuz da o dərmanların pulunu dövlət ödəyir. Vətəndaşı incitmək lazım deyil”.

Şərhlər

Bəhi 2025-09-30 16:12:40

Biz-vətəndaşlar çox dəfə sovet dönəmi kimi özəllərin baha olduğu üçün *Dövlət sosial sığortasını nədən, özəllərə yönəltsin ki?* səslənirik.

MM-ə vətndaşdan 2025-09-30 15:37:38

Siyavuş hələ anamayıb ki.Azə rbaycan deyilən məmləkətdə vətəndaşın insan kimi yaşaması hakimiyyətin qeyri hummanst yanaşması üzündən mükünsüz edilib.milliməclis niyəzəlklinikalarınözaşınalıqlarınason qoymaq.Tibbi sığortanın ütün xəstəxanalarda.bütün proseslərə aid olması barədə qərar çxarmr?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol