Menu

"ABŞ müharibəyə hazır olmalıdır" - Pit Heqset

30.09.2025, 18:57
"ABŞ müharibəyə hazır olmalıdır" - Pit Heqset

ABŞ sülhün müdafiəsi üçün müharibəyə hazır olmalıdır.

APA xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bu gün ordu generalları və admirallarının iştirakı ilə keçirilən görüşdə bildirib.

“Müharibə Nazirliyinə xoş gəlmisiniz, çünki Müdafiə Nazirliyinin dövrü başa çatdı” - nazir görüş iştirakçılarını salamlayaraq deyib.

Pentaqonun rəhbəri bu andan etibarən yenicə bərpa olunmuş Müharibə Nazirliyinin yeganə missiyasının döyüş əməliyyatları aparmaq olduğunu bildirib.

O, həmçinin vəd edib ki, əgər düşmənlər ABŞ-a meydan oxumağa qərar versələr, onlara “sarsıdıcı zərbə” endiriləcək. Onun sözlərinə görə, Birləşmiş Ştatlar “sülhün müdafiəsi üçün müharibəyə hazır olmalıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol