Menu

Sabah Bakıda İtaliya- Azərbaycan Universiteti açılır

30.09.2025, 21:26
Sabah Bakıda İtaliya- Azərbaycan Universiteti açılır

Sabah Bakıda İtaliya- Azərbaycan Universitetinin açılışı olacaq.

Bu haqda Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarella ilə geniş tərkibdə görüşü zamanı məlumat verib.

“Sabah da çox gözəl tədbir olacaq – biz İtaliya-Azərbaycan Universitetinin yeni binasının açılışında birlikdə iştirak edəcəyik. Bu, əslində, bizim bir dostluq layihəmizdir və layihənin başlamasından icrasına qədər cəmi üç il vaxt keçib. 2022-ci ildə mənim tərəfimdən müvafiq Sərəncam verilmişdir və artıq yüzlərlə tələbə təhsilə cəlb edilib.

Əlbəttə ki, onlar İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar. Həm gözəl təhsil alacaq, həm də ki, bizim aramızdakı dostluğu daha da möhkəmləndirəcəklər”.

Şərhlər

Müəlim 2025-10-01 11:38:15

Univertet saylarnın çoxluğu önəmli deyl.Önəmliolan təhsilin səviyysi.universitet bitrənləriniş təminatıdır.Zəif kadrlarlar,işsizlər ordsu yaratmaq ökəyə heç nə vermir.ancaq təhsil möhtəkirlərinn cibəri doldurulur.gənclik məhv edilir.İşsizlik və buradan da cinayətlər artır.Hakimiyət niyə bunu düşünə bilmir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol