Menu

Türk Hava Yolları İrəvana müntəzəm reyslər açmağı planlaşdırır

30.09.2025, 23:15
Türk Hava Yolları İrəvana müntəzəm reyslər açmağı planlaşdırır

Türkiyənin ən böyük aviadaşıyıcısı olan Türk Hava Yolları Türkiyə ilə Ermənistan arasında müntəzəm hava əlaqəsi yaratmağı planlaşdırır.

"Report"un xəbərinə görə, bu barədə şirkətin məlumatında bildirilib.

"Assosiasiyamızın direktorlar şurası imkanlardan və bazar şəraitindən asılı olaraq Rumıniyanın Timişoara və Ermənistanın paytaxtı İrəvana müntəzəm reyslər açmaq qərarına gəlib", - deyə məlumatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol