Son 40-45 ildə Azərbaycanın şirin su ehtiyatları 25 % azalıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə bildirib.
Onun sözlərinə görə, 1980-ci illərdən bəri Xəzər dənizinin səviyyəsi iki metrə yaxın aşağı düşüb, Kür çayının suyu isə oxşar həcmdə azalıb: "Bunlar, bölgəmizdə iqlim dəyişikliyinin canlı sübutlarıdır. Su ehtiyatlarının azalması fonunda içməli su və suvarma şəbəkələrində itkilər hələ də yüksəkdir, əhalinin yalnız üçdə biri müasir tullantı su xidmətlərinə çıxış əldə edir".


Şərhlər
Əcəba deyəsən XXI əsrdə təptəzə, qılıncsız, nizəsiz, qalxansız, qalstuklu, atla deyil son model ən bahalı Mersedes Benz də, gülü burnunda Yəzid peyda olub amma Şeyxülislam həzrətləri nətər yayında xəbəri yoxdu. Adı şeyxu durğuzun yuxudan ...
Su ehtiyatlarının başında sən durmusan və indiyə kimi su ehtiyatlarımız tamam tükənməyibsə deməli hələ Allahın bizə yazığı gəlib və gecə gündüz ona şükür etməli, paralel olaraq bu qorxunc problemi həll etməyi ondan xahiş etməliyik. Bu da onun əlində bir su içimi kimidir. Sənin yanına əzrayılı ezamiyyətə göndərmək. Vəssalam. Əzrayll özü bilir nə edəcək.