Ukrayna ordusu Xerson vilayətindəki Novaya Kaxovka şəhərində yerləşən “Deputatlar Şurası”nın “rəhbəri”ni zərərsizləşdirib.
"AzPolitika" xəbər verir ki, “rəhbər” Leontyevə qarşı dron vasitəsilə həyata keçirilən əməliyyat nəticəsində o, məhv edilib.
Ukrayna mənbələrinə əsasən, bu əməliyyat bölgədəki strateji hədəflərə qarşı aparılan dəqiq zərbələrin bir hissəsidir. Hücumun detalları hələlik tam açıqlanmasa da, hadisənin Novaya Kaxovka şəhərində gərginliyi artırdığı bildirilir. Ukrayna Silahlı Qüvvələri bu cür əməliyyatlarla bölgədəki nəzarəti gücləndirməyə çalışır.



Şərhlər