Menu

Prezident və birinci xanım açılışda - FOTOLAR

01.10.2025, 14:57
Prezident və birinci xanım açılışda - FOTOLAR

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma park barədə məlumat verdi.

Bildirildi ki, yeni istirahət məkanı Əhməd bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində, İtaliya-Azərbaycan Universitetinin yaxınlığında yerləşir. Ərazisi 3,5 hektar olan parkda sakinlərin istirahəti üçün söhbətgahlar, amfiteatr, tennis meydançası, uşaqlar üçün əyləncə zonaları salınıb, müasir işıqlandırma sistemi qurulub. Burada həm sakit istirahət, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılıb.

Qeyd edək ki, son illərdə Bakının siması sürətlə dəyişir. Yeni park və xiyabanların salınması, mövcud yaşıllıq və istirahət zonalarının müasir tələblərə uyğun yenilənməsi paytaxtı daha da inkişaf etdirir, onu dünyanın ən gözəl şəhərlərindən birinə çevirir.

Bakının müxtəlif yerlərində açılan yeni istirahət guşələri sakinlərin asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaqla yanaşı, ekoloji mühitin yaxşılaşmasına da xidmət edir.

Yeni park isə paytaxtın "yaşıl xəritəsi”nə əlavə olunmuş daha bir məkan kimi şəhər sakinlərinin və qonaqların ixtiyarına verildi.

Şərhlər

Azər 2025-10-01 16:49:40

Niyə bizdə parklarda "qazon"a üstünlük verirlər, başa düşmürəm, axı Bakıda yayda 40 dərəcə isti olur, yaşıllığın ən az olduğu şəərlərdədndir, ağacları kəsib qazona üstünlük verirlər, yeni salınmış parkdır, "skameyka" quraşdırıblar nə gündən qoruyur, nə yağışdan...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol