Menu

17 yaşlı şəxs həmyaşıdını bıçaqlayıb

02.10.2025, 09:52
17 yaşlı şəxs həmyaşıdını bıçaqlayıb

İsmayıllıda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, oktyabrın 2-si saat 01 radələrində İsmayıllı rayonunun Basqal kəndinin ərazisində 17 yaşlı Ə.Ş. münaqişə zəminində həmyaşıdı S.B.-yə bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol