Menu

Tramp Kim Çen Inla görüşə bilər

02.10.2025, 13:25
Tramp Kim Çen Inla görüşə bilər

ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen In ilə Şimali və Cənubi Koreya arasında demilitarizasiya edilmiş zonanı ziyarət edərkən görüşə bilər.

"Report"un məlumatına görə, bu barədə yapon jurnalı "Nikkei Asia" məlumat verib.

Bildirilir ki, bundan əvvəl Tramp Malayziya, Yaponiya və Cənubi Koreyanı ziyarət edəcək.

Yaponiyaya səfər 27 oktyabrda baş tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol