Menu

"Rusiya hələ də sanksiyaya məruz qalmış tankerlərdən istifadə edir" - Zelenski

02.10.2025, 13:43
"Rusiya hələ də sanksiyaya məruz qalmış tankerlərdən istifadə edir" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırıb.

APA xəbər verir ki o, Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən sammitində bu barədə danışıb.

“Rusiyaya qarşı sanksiyalar gücləndirilməlidir. Rusiya artıq sanksiyaya məruz qalmış tankerlərdən belə istifadə edir. Kölgə donanmasının kapitanlarına və bu tankerlərin sahibi olan şirkətlərə sanksiyalar tətbiq edilməlidir” , - Zelenski vurğulayıb.

Ukrayna lideri Ukraynanın təhlükəsizlik zəmanətləri barədə danışarkən, bu zəmanətlərin bütün Avropa ölkələrinə verilməli olduğunu bildirib .

“Ukrayna dronlarla mübazriədə öz təcrübəsini tərəfdaşları ilə bölüşməyə hazırdır”, - Zelenski çıxışında bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol