Dövlət Su Ehtiyatları Agentliyi Azərbaycanda differensial su tariflərinin tətbiqini nəzərdən keçirir. Agentlik sədrinin müşaviri Əsəd Şirinov bildirib ki, Türkiyə və Avropa təcrübəsi araşdırılıb və təhlil başa çatdıqdan sonra Tarif Şurasına müvafiq təklif təqdim olunacaq.
Lakin ekspertlər qeyd edirlər ki, kommunal sektorda qiymət artımları adətən əhalinin cibinə əlavə yük gətirsə də, xidmət keyfiyyətində ciddi dəyişiklik yaratmır.
Mövcud tariflər və aylıq ödənişlər
Hazırda Azərbaycanda şəhərlərdə su tarifləri belədir:
-Bakı: 0,90–1,00 AZN/m³
-Orta aylıq istehlak (4 nəfər): 15–20 m³ → 15–20 AZN
-Digər böyük şəhərlər: Gəncə, Sumqayıt, Mingəçevir – tariflər oxşardır.
Mövcud tarif sistemi əksər ailələr üçün əlçatandır, lakin su israfını məhdudlaşdırmaq və uzunmüddətli davamlılığı təmin etmək baxımından kifayət deyil.
Türkiyə və Avropa təcrübəsi
Türkiyə: 1 m³ su 2–3,5 TL (0,6–1 USD), çox istifadə edənlər üçün mərhələli artım.
Almaniya: 4–6 EUR/m³ (7–10 USD), mərhələli tarif sistemi.
Fransa: 3–5 EUR/m³, həcmə görə fərqləndirilmiş tariflər.
Hər üç ölkədə məqsəd suyun səmərəli istifadəsi və sosial ədalətin qorunmasıdır. Azərbaycanda isə təcrübə göstərir ki, kommunal sektorda qiymətlər artdıqca əhalinin ödəniş yükü artır, amma xidmət keyfiyyəti o qədər də yüksəlmir.
Yatırılan yüz milyonlar və yaranan 8 milyard zərər
Qeyd edək ki, ölkəmizdə son illərdə su təsərrüfatı üzrə böyük büdcə və xarici maliyyə xərcləri həyata keçirilib. 2018–2024-cü illərdə içməli su və kanalizasiya infrastrukturunun modernləşdirilməsinə təxminən 500–600 milyon manat sərf olunub. Bundan başqa, xarici maliyyə qurumları – Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlar 200–250 milyon dollar həcmində layihələri maliyyələşdirib.
Bu layihələr boru xətlərinin dəyişdirilməsi, su təmizləyici qurğuların modernləşdirilməsi, su itkisini azaltmaq və əhalinin suya çıxışını yaxşılaşdırmaq məqsədi daşıyıb. Lakin ekspertlər vurğulayırlar ki, indiyə qədərki investisiyalara baxmayaraq, xidmət keyfiyyəti hələ də beynəlxalq standartlara yaxın deyil; xırda texniki nasazlıqlar, sızmalar və su təchizatında fasilələr mövcuddur.
Xatırladaq ki, Dövlət Su Ehtiyatları Agentliyinin bazasında yaradıldığı “Azərsu” ASC-nin yığılmış zərəri 8 milyard manata yaxındır. Bu zərərin necə formalaşdığı barədə qurum heç vaxt ictimaiyyətə məlumat verməyib.
Differensial tariflərin tətbiqi – qiymət artımı riski
Əsəd Şirinovun “Türkiyə və Avropa təcrübələri araşdırılıb” fikri su tariflərində qiymət dəyişkənliyinin ola biləcəyini ehtimal etməyə əsas verir. Təcrübə göstərir ki, bu artım investisiyalardan yaranmış infrastrukturun keyfiyyətinə uyğun gəlməzsə, vətəndaşlar əlavə ödənişə məcbur ediləcəklər.
Ekspertlər bildirirlər ki, differensial tarif sistemi yalnız əhali istehlakını tənzimləməkdə deyil, həm də su resurslarını qorumaqda rol oynaya bilər. Lakin qiymət artımı investisiyaların real nəticələri ilə dəstəklənməzsə, sosial narazılıq yarada bilər.
Artan tariflər əhalinin büdcəsinə yük gətirir, xüsusilə aşağı və orta gəlirli ailələr üçün. Bu baxımdan dövlətin məqsədi sosial ədaləti qoruyaraq, investisiyaların nəticələrini effektiv göstərə biləcək mexanizm yaratmaq olmalıdır.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Mənim də sözüm Abdulla səfərliyədi. Baqquş dediyim həmin dələduzun əliynən torba tikən kamandanin bərkgidən adamnarindansan yəqin ki. Get kəndin bu başindən o başinə hamidan soruş gör neçəsi ölsünə rəhmət oxucax.
Mənim sözüm burada Vəli Oncallı adından yazının sahibinədir. hərə öz kor abrından utansa yaxşıdır. İndi Baqquş didiyin həmin adama vaxtiylə qardaş və məllim deyib dalsıycan gəzirdin. oncalı cammati hamnı lap qəşəyn tanyir.
Şəkidə Su idarəsinin müdiri Bayramın yanında Baqquş ləqəbli bir dələduz da işləyirdi. İşi peşəsi ona buna torba tikmək olan bu Baqquz axırda özü də torbaya düşüb şikəst oldu. İndi kəndin fındıq bağlarında uray məhsulunun ümidinə qalıb.
Mən də Qəzənfər dayının dediklərinə qatılıram:
"Azərsu" ASC də ayarnmış 8 milyard zərərin yerini tapmaq üçün Şəki Su İdarəsinin müdiri Bayram Məmmədovun obyektlərinin sayını göstərməklə kifayət etmək olar. Su İdarələrini köklü surətdə təftiş aparılsa dövlət büdcəsinə 10 miyard manat qaytarıla bilər. Korrupsiyada adı hallanan Su İdarəsinin sabiq mühəndisi Nüsrəti yenidən özünə müavin təyin etdirib Bundan başqa.... Röpvşən Ədilovu. Heç bir hüqüq ixtisxası olmasına baxmayaraq Su İdarəsinə Hüquqşünas təyin ediblər Bayram Məmmədov Su İdarəsini öz obyekti kimi idarə edir,aidiyyatı qurumlar isə göz yumur.
KUB METRİ 5 MANAT DA OLSA AZƏRSU YENƏ ZİYANLA İŞLƏYƏCƏK.AİDİYYATI ORQANLAR ALQI SATQI,TENDERLƏRİ ARAŞDIRIB ORTAYA QYOSALAR HƏR ŞEY AYDIN OLACAQ .BUNLAR SON TİKƏNİN BOĞAZDAN CIXARILMASIDIR.
AVROPADAN MAAŠ VERMEK TECRŮBESINI OʻYRENIN DE......EN AZ MAAŠ ALAN 4000 AVRO ALIR.......
Agentlik qiymət artımını Avropa qiymətləri ilə müqayisə edəndə niyə Avropada insanlarb maaşlarını unudur.Axı bahalaşmaların dərəcəsi maaşların artımı ilə adekvar olmur və xalqın yaşamı katastrofik ağırlaşdırılır.Bunu kim düşünməlidir?
Görəsən əhalinin sosial şəraitinin yaxşılaşdırılması, haqqında bir qərar veriləcək.Bu böyük sual altındadır qalır .?
"Azərsu" ASC də ayarnmış 8 milyard zərərin yerini tapmaq üçün Şəki Su İdarəsinin müdiri Bayram Məmmədovun obyektlərinin sayını göstərməklə kifayət etmək olar. Su İdarələrini köklü surətdə təftiş aparılsa dövlət büdcəsinə 10 miyard manat qaytarıla bilər. Korrupsiyada adı hallanan Su İdarəsinin sabiq mühəndisi Nüsrəti yenidən özünə müavin təyin etdirib Bundan başqa.... Röpvşən Ədilovu. Heç bir hüqüq ixtisxası olmasına baxmayaraq Su İdarəsinə Hüquqşünas təyin ediblər Bayram Məmmədov Su İdarəsini öz obyekti kimi idarə edir,aidiyyatı qurumlar isə göz yumur.