Fövqəladə Hallar Nazirliyinin Aparatında Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsi yaradılıb.
“AzPolitika” Qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə general-mayor Elçin Şirxan oğlu Adıgözəlov yeni baş idarənin rəisi təyin edilib.
Məlumata əsasən, Elçin Adıgözəlov bu təyinatadək Mülki Müdafiə Qoşunlarının rəis müavini vəzifəsində çalışıb.
Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Elçin Adıgözəlova general-mayor ali hərbi rütbəsi verilib.
Yeni baş idarənin əsas fəaliyyət istiqamətləri və strukturuna dair əlavə məlumat açıqlanmayıb.
AzPolitika.info


Şərhlər
Gündəladəəladəəlik və il boyu fövqəladə çağırışlara çıxacaq ən operativ nazirliyin Əlaqələndırmə idarəsi-Baş Qərargahı yoxmuş?
Nəsilliycədi ?