“Bütün dünya əleyhimə getsə belə, yenə prezident olacağam...”
Belarus prezidenti Aleksandr Lukaşenko 2015-ci ildə keçiriləcək prezident seçkilərində də qalib gələcəyinə əmin olduğunu söyləyib. Musavat.com BBC-yə istinadla xəbər verir ki, bu barədə o, Moskvadakı mətbuat konfransında bildirib.
“Lukaşenko təzədən düzəldiləsi adamlardan deyil. Məni yalnız Belarus xalqı təzədən düzəldə bilər. Hətta bütün dünya Lukaşenkoya qarşı çıxsa belə, o, prezident olacaq - əgər bunu istəsə”, - deyə Belarus lider faktiki, ən əvvəl Qərbə meydan oxuyub.
Lukaşenko Rusiyanın mürəkkəb iqtisadi durumundan yararlanıb Moskvadan nəsə “qoparmaq” istəmədiyini də söyləyib.


Şərhlər