İŞİD terror qruplaşmasına bağlı olduğunu elan edən "Xəlifənin Əsgərləri" təşkilatı lideri və onu müşayiət edən 2 yaraqlı məhv edilib.
ANS PRESS-in məlumatına görə, Əlcəzair ordusu tərəfindən təşkil edilən əməliyyatda terrorçuların lideri Abdulmelik Kavri öldürülüb.
Əlcazair Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, Abdulmelik Kavri terrorçular tərəfindən ölkənin əmiri seçilibmiş. Öldürülən terrorçuların üzərindən 2 "Kalaşnikov" avtomatı, snayper tüfəngi, çoxlu miqdarda partlayıcı qurğu və hərbi sursat götürülüb.
Fransız alpinist Herve Pier Kurdelin öldürülməsini boynuna götürən "Xəlifənin Əsgərləri" təşkilatına qarşı əməliyyatları uzun müddətdir davam edir.


Şərhlər