Azərbaycanla Ermənistan arasında 8 avqustda Vaşinqtonda imzalanmış Birgə Bəyannamə bütün Türk xalqları üçün mühüm bir qələbədir.
Bunu Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.
Dövlət başçısının sözlərinə görə, bu tarixi sənəd regionda iqtisadi, ticarət və nəqliyyat sahələrində yeni əməkdaşlıq imkanları yaradır və dayanıqlı sülhün bərqərar olması üçün mühüm zəmin formalaşdırır.
Mirziyoyev, həmçinin Şuşa, Xankəndi və Ağdam şəhərlərində qısa müddətdə əldə edilən bərpa və inkişaf işlərindən məmnunluğunu ifadə edib və bu proseslərin Azərbaycanın iradəsinin və Türk dünyasının həmrəyliyinin bariz göstəricisi olduğunu vurğulayıb.
"AzPolitika.info"


Şərhlər