Futbol ulduzu Zlatan İbarhimoviç İsveçin bütün tarixi boyu ikinci ən böyük idmançısı hesab olunub. Sorğunu bu ölkənin "Dagens Nyheter" qəzeti keçirib.
Z.İbrahimoviç özü isə ikinci yerə sevinmir. İsveç millisinin və Parisin PSJ klubunun super forvardı deyib ki, "finişə ikinci gəlmək axırıncı olmaqdır".
Sorğuda birinci yeri isə əfsanəvi tennis çempionu Bjorn Borg tutub. Borg 11 dəfə "Böyük dəbilqə" yarışlarını udub. 1979-1981-ci illərdə 109 həftə dalbadal dünya tennis reytinqinə başçılıq edib.
Zlatan İbrahimoviç etiraf edib ki, B.Borg canlı əfsanə olub.


Şərhlər