Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib.
Türkiyə KİV-i xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Gürcüstanın müdafiə naziri İrakli Çikovaninin sədrliyi ilə keçirilən müzakirələrin yekunları ilə bağlı protokol imzalanıb.
Tədbir çərçivəsində ikitərəfli və üçtərəfli danışıqlar aparılıb.
***
Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli iclası keçirilir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyənin müdafiə naziri Yaşar Gülər əvvəlcə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.
O, daha sonra Gürcüstan müdafiə naziri İrakli Çixovani ilə də ikitərəfli görüş keçirəcək.
Görüşlərdə regional təhlükəsizlik, hərbi əməkdaşlıq və birgə təlimlərin keçirilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.
Millî Savunma Bakanı Yaşar Güler ve Azerbaycan Savunma Bakanı Orgeneral Zakir Hasanov, Türkiye-Azerbaycan-Gürcistan Üçlü Savunma Bakanları Toplantısı kapsamında Ankara’da Merkez Orduevinde bir araya geldi.#MillîSavunmaBakanlığı#YaşarGüler pic.twitter.com/9XqiNVjpUB
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) October 9, 2025

Şərhlər