Menu

İsrailin saxladığı türkiyəli deputatlar Azərbaycana gətirilir - Türkiyəyə göndəriləcək

09.10.2025, 14:40
İsrailin  saxladığı türkiyəli deputatlar Azərbaycana gətirilir - Türkiyəyə göndəriləcək

İsrailin Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Flotilyasında saxladığı türkiyəli deputatlar Azərbaycana gətirilir.

APA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib.

Onun sözlərinə görə, üç deputat Türkiyəyə gətirilmək üçün Azərbaycana yola salınıb.

XİN rəsmisi qeyd edib ki, digər Türkiyə vətəndaşları üçün rəsmi Ankaranın fəaliyyəti davam edir.

Qeyd edək ki, İsrailin saxladığı Qlobal Sumud Flotilyasının iştirakçıları arasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üç deputatı da olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol