Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Soçidə keçirilən görüş zamanı ticarət dövriyyəsi ilə bağlı dialoq maraq doğurub.
“AzPolitika” xəbər verir ki, Paşinyan ticarət dövriyyəsinin həcmini düzgün deməyib və Putin onun səhvini düzəldib.
Görüş zamanı tərəflər arasında aşağıdakı qısa dialoq baş verib:
Putin: Hazırda Ermənistanla ticarət dövriyyəmiz nə qədərdir?
Paşinyan: Bu il artıq 4 milyard dollar..
Putin: Yox, daha çoxdur.
Paşinyan: Bu il üçün.
Putin: Hə, ümumilikdə daha çox olacaq.
Paşinyan: Keçən il təxminən 9 milyard idi.
Putin: Daha çox. Ötən il daha çox olub və bu il də çox olacaq. Bu, aydındır.
Ermənistan Baş naziri bu irada sadəcə “Ola bilər” deyə cavab verib.
Qeyd edək ki, Ermənistan Statistika Komitəsinin və Rusiya Gömrük Xidmətinin məlumatlarına görə, 2025-ci ilin yanvar–avqust ayları arasında Rusiya–Ermənistan ticarət dövriyyəsi 4 milyard 500 milyon 525 min dollar təşkil edib. Yəni Paşinyanın dediyi kimi, bu rəqəm artıq 4 milyardı keçib.Putin isə görünür, illik yekun göstəricini nəzərdə tutaraq “daha çox olacaq” ifadəsini işlədib.
Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu göstərici 9 milyard 236 milyon 80 min dollar idi. Deməli, bu il göstərici təxminən iki dəfə azalıb. ötən ilin yekununda Rusiya–Ermənistan ticarət dövriyyəsi 12 milyard 401 milyon 640 min dollar təşkil edib.
Əgər Putinin “bu il daha çox olacaq” proqnozu reallaşarsa, ilin sonuna qədr ticarət dövriyyənin 7 milyard 900 milyon dollardan artıq olması lazımdır. Bunun baş verib- verməyəcəyini zaman göstərəcək.
Ancaq tərəflər arasında baş verən bu dialoq Putin və Paşinyan arasında gərginliyin hələ də qaldığını göstərir.
Rasim
“AzPolitika.info”

Şərhlər