Oktyabrın 13-ə keçən gecə Rusiya Ukraynanın ərazisinə 82 uzaqmənzilli pilotsuz uçan aparatla hücum edib.
“AzPolitika” xəbər verir ki, Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Oleg Kiperin məlumatına görə, hücum zamanı anbarlar yanıb, yanğının sahəsi 5000 kvadrat metr təşkil edib. Hücum edilən ərazidə tikinti avadanlığı və tekstil məhsulları saxlanılırmış, bir nəfər xəsarət alıb.
“Düşmən yenidən Odessa vilayətinin mülki infrastrukturuna hücum edib”, - deyə Kiper bildirib. Moskva hücumla bağlı şərh verməyib.
Eyni gün səhər saatlarında Dnepropetrovsk və Donetsk vilayətlərində enerji təminatçıları tərəfindən təcili elektrik kəsintiləri tətbiq olunub.
“AzPolitika.info”


Şərhlər