Rusiyanın “B-261 Novorossiysk” sualtı qayığı Fransa sahillərində görüntülənib.

“AzPolitika” xəbər verir ki, xarici KİV-in məlumatına görə, NATO Hərbi Dəniz Qüvvələrinin komandanlığı vəziyyətin nəzarət altında olduğunu bəyan edib. NATO-nun məlumatında sualtı qayığın texniki nasazlıq səbəbindən su üzünə çıxa biləcəyi qeyd olunur. Lakin bir çox mütəxəssislər bu versiyanı inandırıcı saymır.

Rusiya sualtı qayığının ərazidəki mövcudluğunu Fransız dəniz freqatı qeydə alıb. NATO bildirib ki, o, Atlantik okeanındakı vəziyyəti daim izləyir və üzv dövlətlərini müdafiə etməyə hazırdır.

“B-261 Novorossiysk” Rusiya Qara Dəniz Donanmasının 4-cü Əlahiddə Sualtı Briqadasının bir hissəsidir. O, altı torpedo borusu ilə təchiz olunub və 18-ə qədər torpedanı daşıya bilir. Bundan əlavə, sualtı qayıq dörd “Kalibr” qanadlı raketini buraxmaq qabiliyyətinə malikdir.

”AzPolitika.info”