Bir neçə saatdır ictimai nəqliyyatda bank kartları ilə ödəniş sistemində problem yaranıb.

Bu səbəbdən metro və avtobuslarda izdiham müşahidə olunur.

Bəzi stansiyalarda alternativ ödəniş üsullarının məhdud olması vəziyyəti daha da çətinləşdirib.

Sərnişinlərin sözlərinə görə, “Birbank” sistemi ilə ödənişlərdə çətinlik yaşanır. Sözügedən mobil tətbiqin “Bakı kart” bölməsinə giriş etmək olmur. (“Qafqazinfo”)

Mövcud problemlə bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb:

“Hazırda “Birbank” mobil tətbiqinin QR bilet ödəniş sistemində texniki çətinlik müşahidə olunur.

Problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır və qısa müddətdə aradan qaldırılacağı bildirilir.

Sərnişinlərə yaranmış narahatlıqla bağlı müvəqqəti olaraq “m10” rəqəmsal ödəniş sitemindən, “BakıKart”ın fiziki kartlarından və ya mobil tətbiqindən istifadə etmələri tövsiyə olunur”.