Rusiyada azərbaycanlıya məxsus tərəvəz bazasının fəaliyyəti məhkəmənin qərarı ilə 2 aylığına dayandırılıb.
ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, baza Yaroslavl şəhəridə yerləşir. məlumata görə, şəhərin Zavoljski rayonundakı bazanın sahibkarı dəfələrlə miqrasiya haqqında qanunvericiliyi pozub. Adı açıqlanmayan azərbaycanlı sahibkar dəfələrlə qanunu pozaraq qeyri-qanuni miqrantları işə cəlb edib. O, bir necə dəfə cərimələnib. Amma bunlardan heç bir nəticə çıxarmayıb və bazada qanunsuz miqrantların işi davam etdirilib.
Bazanın qapısına artıq möhür vurulub, sahibkara isə tez xarab olan məhsulları məhkəmə icraçısının iştirakı ilə çıxarmağa icazə verilib.
Əgər sahibkar bundan sonra da qanunlara riayət etməsə, məhkəmə qərarı ilə 100 min rubl cərimələnə və ya iki ilə qədər azadlıqdan məhrum edilə bilər.


Şərhlər