“Ramiz Mehdiyev heç zaman ciddi ağıl sahibi olmayıb və onun dilindən yadda qalan bir fikrin səsləndiyini heç kəs xatırlamaz”.
“AzPolitika” bildirir ki, bunu professor Xaləddin İbrahimli Ramiz Mehdiyev haqqında çıxarılan qərara və irəli sürülən ittihamlara münasibət bildirərkən deyib.
Professorun sözlərinə görə, Mehdiyevin yazdığı kitablar da həyatı kimi tam bir rəzillikdir. X.İbrahimli qeyd edib ki, Ramiz Mehdiyevin çoxlu və böyük günahları var: “Çox adam çox şeyi bilir. Onun sovet dönəmindən Kremlə bağlı olduğunu və Kremlin sifarişlərini icra etdiyini də hamı bilir. Məhz buna görə bu kiçik adam güclü görünürdü”.

Professor əlavə edib ki, diqqəti başqa, daha vacib məqamlara yönəltmək istəyir və bu məsələlərin unudulmamalı olduğunu vurğulayıb.
Birinci olaraq, Xaləddin İbrahimli qeyd edib ki, millətə qarşı bu qədər acımasız işlər görmək üçün təkcə Moskvaya söykənmək və siyasi dairələr tərəfindən himayə olunmaq kifayət etmir: “Ancaq özünü bu millətin bir üzvü hesab etməyən, hətta ona düşmən olan və kin bəsləyən birisi bu qədər acımasız əməllərin sahibi ola bilər. Bu məntiq bizə deyir ki, Ramiz Mehdiyevi bu millətə bağlayan adından və soyadından başqa heç nə yoxdur. O, Kreml tərəfindən təsadüfən seçilməyib”.
İkinci olaraq, İbrahimli vurğulayıb ki, Mehdiyevin təsir dairəsində çox sayda “qanı-canı bizdən olanlar” olub. O, adına kitab yazan “alimciklər”in və onun tərəfdarlarının varlığını tənqid edib: “Mən heç vaxt anlaya bilməmişəm ki, professorlar, generallar necə olub ki, özlərini FETO kimi bir savadsız fırıldaqçıya qaptırıblar. Bu adamların elmi də, hərbi məharəti də sadəcə yerə girməlidir. Eyni söz mehdiyevçilərə də aiddir. Sizə nə olmuşdu, ay bədbəxtlər, hansısa mənsəb xatirinə bu dələduzun əmrinə tabe olurdunuz? Heçmi ləyaqətiniz, mənliyiniz yox idi? Onun nələr çevirdiyini bilmirdinizmi? Biz sizə bu məxluqun nə mal olduğunu sovet dövründən deyirdik”.
Üçüncü olaraq, professor qeyd edib ki, Ramiz Mehdiyev hadisəsi bir daha göstərir: Moskvaya arxalanaraq siyasi hakimiyyətə gəlmək və orada qalmaq çox təhlükəlidir: “Moskva səni özünə Mehdiyevi işlədən kimi işlədəcək. Və bu zaman qətllər, mülklərin ələ keçirilməsi, iş yerlərində zorlamalar, zorlananların vəzifəyə gətirilməsi, milli əxlaqın kütləvi şəkildə pozulması, Tərtər hadisələri kimi millətin iradəsinə, mənliyinə və şərəfinə qarşı faciələr yaşanacaq”.
Xaləddin İbrahimli əlavə edib ki, Ramiz Mehdiyev “bir şey deyil”, amma bu hadisə hər kəs üçün dərs olmalıdır: “Onun bu qədər əl-qol açmasında, bu qədər pərvazlanmasında hər birimizin günahı var. Ondan esse, məqalə, dissertasiya, kitab yazanlar, ona kitab yazıb böyüdənlər bir daha kimə xidmət etdiklərini düşünsünlər və Tanrının onlara verdiyi ömrü necə kirlətdiklərini, necə puç etdiklərini yaxşıca görsünlər”.
Professor sonda Dostoyevskinin məşhur sözlərini xatırladıb: “Dostoyevski deyirdi ki, türklər heç zaman huzur tapmayacaqlar. Çünki onlar mallarını oğurlayanlarla bir süfrədə oturmağı şərəf sayırlar”.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
elmlər akademiyası ləğv olunmalı , vecsiz , yaltaq akadmik və müxbir üzvlərə verilən pullar büdcəyə qaytarılmalıdır. onsuz da bu bar gətirməyən dırnaq içi alimlərin millətə və elmə bir xeyiri yoxdur
Baş verenler traqikomediyadır bir az da ağlamalıdır Saytlara mövzu var
Rayonlarımızda uzun müddət işləyən İcra basşçıları var: - onlar Ramiz Mehdiyevin adamlarıdır! Böyük sərvət sahibləridir, Zaqatalanın, Şəkinin İcra Başçıları və s...Onların fəaliyyətəri vaxtında araşdırılmalı və qanuni tədbirlər görülməlidir.
Vaxtilə "çox hörmətli Ramiz Ənvəroviçin burada olmasından" dil-boğaza qoymayanlar, indi dil pəhləvanına çevrilənlər cəmiyyətin ən İYRƏNC MƏXLUQLARIDIR. Muradov Həsənin fikirlərini qəbul etməmək sadəcə insafsızlıq olardı.
ramiz mehdiyev savadsız adam ola bilər, amma ağılsız deyildi, o əsl "qurd" idi və uzun müddət respublikanı idarə etdi, o tanınmamış oliqarx idi və milyardlara sahib idi..tək rusa yox, ermənilərə də xidmət edirdi, o ki qaldı onun haqqında nəsə deməyə Siruz Təbrizli dedi və çox qısa müddətdə də vəfat etdi..odur ki heç kim cürət etmirdi..
Düzelesi deyil ))
Dsldan atilan dash (((
Ne yaxşi hūnerli olmusan....?
Dövlətimizə xəyanət edənlərə güzəşt nəzərdə tutulmamalıdır! Dövlətimizə xəyanət edənlərə ən sərt cəzası verilməlidir!
Sadə insan, vətəndaş hardan bilsin onun əməllərini???...arada bir Şah İsmayıldan, Qızılbaşlardan və s. digər tarixi keçmişimizdən kitablar onun adı ilə Cəmiyyətə ötürülürdü və biz hardan bilək ki, bunu bizi görkəmli "akademikimiz" yazıb və ya kiməsə yazdırıb. Hər hansı bir mütəxəssis lap kiçik bir işdə olsa belə onun nəinki kitab yazmağa heç başını qaşımağa vaxtı olmur. Bu isə o boyda vəzifədə hər şeyə vaxt tapırdı, deməli "fitri istedadı" var imiş...
O kiçik adama böyük səlahyyətlər verəndə.onun uzun illər kadr təyinatında rüşvət piramidasına göz yumanda onu böyük adam yerinə qoyanlar hara baxırdı və məqsəd nə idi? İllər keçəndən sonra bunu yazma kompaniyasının mənası nədir?