“Əsəd məsələsi ilə bağlı paylaşa biləcəyimiz heç bir məlumat yoxdur. Bu mövzuda təqdim ediləcək bir yenilik də yoxdur".

Bunu urnalistlərin “Əsədin geri qaytarılması məsələsi gündəmə gəldimi?” sualına cavabında Kremlin sözçüsü Dmitri Peskov deyib.

Kremlin sözçüsü əlavə edib ki, Putinin Suriyaya səfəri və ya bu istiqamətdə konkret planlar barədə də hər hansı müzakirə aparılmayıb. Peskovun sözlərinə görə, belə məsələlər yalnız diplomatik kanallar vasitəsilə dəyərləndirilə bilər.

Peskov həmçinin bildirib ki, görüşdə Rusiyanın Suriyadakı hərbi mövcudluğu da müzakirə mövzusu olub. 

"AzPolitika.info"