Məlum olduğu kimi, Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarı əsasında 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Ramiz Mehdiyev – Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Mehdiyevin əməlləri sübuta yetirilərsə, bu maddələr üzrə onu on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları gözləyir.
Qeyd edək ki, müəyyən səbəblərdən vəzifədə saxlanılsa hər kəs R.Mehdiyevin Rusiyanın adamı olduğunu, Moskvanın istəklərini hər zaman Azərbaycan dövlətinin maraqlarından üstün tutduğunu bilirdi. Ancaq bunu bildikləri halda vaxtilə Mehdiyevi “xalqın müdrik ağsaqqalı”, “dövlətin intellektual dayağı”, “ideoloji sütunu” adlandıranlar, onu “ilahiləşdirənlər” vardı. Xüsusən də deputatların arasında.
Maraqlıdır ki, bu gün Mehdiyevə qarşı ilk olaraq sərt ittihamlarla da məhz həmin deputatlar çıxış etdi. Heç bir əlavə şərh vermədən R.Mehdiyevlə bağlı cinayət işi qaldırıldıqdan sonra onu ittiham edən deputatların əvvəl nə dediklərini təqdim edirik:

Deputat Elşən Musayev (indi): “Ramiz Mehdiyevin yanında olanlar bizdən deyillər!”.

Deputat Aydın Mirzəzadə(indi): “Əgər belə ittihamlar irəli sürülübsə, deməli, ciddi əsaslar var və bu, uzunmüddətli araşdırmanın, sübutların nəticəsidir. Çox təəssüf edirəm ki, yüksək vəzifədə çalışmış, böyük etimada layiq görülmüş şəxs tərəfindən belə hallara yol verilib. Cənab Prezidentimizin apardığı siyasi xətt ölkəmizi güclü və sözün əsl mənasında müstəqil edir...Heç kəs dövlətimizin təhlükəsizliyinə, müstəqilliyinə əl uzatmağa çalışmasın. Bu, gec-tez aşkar olunur”.

Deputat Sahib Alıyev (sonra): “Açığı, mən Ramiz Mehdiyev kimi təcrübəli bir adamın karantin rejiminin tələblərini kobudcasına pozaraq nəvəsinə toy edilməsinə razılıq verib, özünün də onlarla adamın qatıldığı o məclisin başında oturmasının nədən irəli gəldiyini anlamağa çətinlik çəkirəm, heç anlamaq da istəmirəm. Ümid edirəm ki, o toyu keçirənlər də, oradakı digər vəzifəli şəxslər də qanun qarşısında cavab verəcəklər. Digərlərindən də, özünü qanundan üstün tutmasıyla deyil, əksinə ona dəqiq əməl etməsi, sadə və təvazökar davranışlarlyla fərqlənir”.

Deputat Məlahət İbrahimqızı(indi): “Azərbaycan xalqı Qalib Dövlətin vətəndaşı olmağı ilə fəxr etdiyi halda, bütün Türk dünyasının 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin və 2023-cü il 19-20 sentyabr anriterror əməliyyatının uğurunu sevincini və qürurunu yaşadığı dövrdə Ramiz Mehdiyevin və bir qrup cinayətkar “silahdaşlarının” dövlət çevrilişi törətmək planı əziz Şəhidlərimizin qanı ilə suvarılmış Vətənimizə və Dövlətimizə qarşı ən böyük xəyanətdir. Fəaliyyəti dövründə Azərbaycan xalqının milli dəyərlərinə, Türk kimliyinə, islam dəyərlərinə nifrətini heç vaxt gizlətməyən Ramiz Mehdiyev kimi adamlar erməni revanşistləri ilə əməkdaşlıq etməyi belə özlərinə şərəf sayırlar. Hər kəs bilir ki, 2009-13-cü illərdə Azərbaycan-Türkiyə arasında yaranmış böhran vaxtı Ramiz Mehdiyev bu senarinin baş müəllifi və əsas aktyoru idi. FETO-çularla, Ermənistanda, Rusiyada, eləcə də dünyanın hər yerində nə qədər Azərbaycan-Türkiyə düşməni var idisə bütün qüvvəsi ilə çalışaraq onlarla işbirliyində olub, bu iki qardaş ölkə, eləcə də möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti R.T. Ərdoğan arasında fitnə salmağa çalışırdı. Anlaqsız vəziyyətdə olan Ramiz Mehdiyev və onun kimilər toyuq korluğu səbəbindən Azərbaycanın və dövlət başçımızın misilsiz fəaliyyətini görə bilmirlər. Çirkli və sinsi xislətli insanların gözü heç vaxt görməz. Çünki bu insanlar doğularkan dünyaya xain və xəyanətkar xislət və məramla gəlirlər. Bu mənada Ramiz Mehdiyev kimi adamlar möhtərəm Prezidentimizin qüdrəti və nüfuzu, ona olan xalq məhəbbəti qarşısında çox, cılız, kiçik və xırdadırlar. Onların bu cinayətləri həm də xalqa qarşıdır. Xalqımız öz Lideri arxasında daima bir yumruq olaraq, əfsanəvi gücə Dəmir Yumruğa çevrilibdir”.

Deputat Elman Nəsirov(indi): “Bundan ağır cinayət yoxdur. Digər maddələr də olduqca ağır cinayətləri özündə ehtiva edir. Onun yəqin ki, 87 yaşlı olması nəzərə alınaraq, barəsində ev dustaqlığı qərarı verilib. İstintaq prosesində, yəni 4 ay ərzində daha çox məlumat alacağıq. İrəli sürülən ittihamların detalları ilə bağlı məsələlər də yəqin ki, ictimaiyyətin diqqətinə çatdıdırlacaq.Hakim partiyanın bu məsələlərdə mövqeyi bəllidir. Artıq cinayət əməli sübuta yetirilmiş şəxsin partiyada qalması mümkün deyil”.

Deputat Siyavuş Novruzov(indi): “Ramiz Mehdiyev dövlət strukturunda fəaliyyət göstərib, həmin vaxt mən də işləmişəm. Halbuki həmişə iclaslarda müəyyən fikirlərin əleyhinə çıxış edən mən olmuşam. Orada oturanların hamısı şahiddir ki, həmişə haqqı demişəm. Ramiz Mehdiyevə mədhiyyə deyənlərin, şeir, qəzəl oxuyanların hamısı tamam kənarda qalıb, məni müzakirə edirlər. Ramiz Mehdiyevlə münasibətlərimiz o qədər normal, yolunda olmayıb... Sadəcə, paralel işləmişik”.
Elvin Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər
bu siyahiya ... kimi simasız adamları da əlavə etmək lazımdır
Belə haların baş verməsi ölkəda məmurların xalqdan ayrı düməyin əyani göstəricisi deyil ?
"Dünən alqış.bu gün qarğış" devizi birbaşa MM-in deputatarının və bir sıra vəzifəlilərin simasıdır və siması,zlığın.yaltaqlığın. şəxsiyyətsizliyin göstəriciləridir.Belə şəxlərin varlığı ölkənin uçuruma aparılmasını təsdiqəyir.Bu gün Azərbaycan xaqının gələcəyinin uçuruma yuvarlandığı hss olunur.
Ay təyin olunan yaputatlar sizin iki sifətiniz var, lazım olanda sifətinizi dəyişə bilirsiz, amma əsl kişinin bir sifəti olar
Elman Nesirov evvel ve indi.bunun sonrasi felaketdi
Hey heey
Hamam hamam içində
Xəlbir saman içində
Eeh
Kişiləri 37-də qırıblar İndi nakişilər at oynadır
gündə bir sifətə düşənlərdən təmizlənməli hakimiyyət !!!!
Bunlar nə iki üzlü adamlardır, and olsun ALLAHa aktyor bular bacardığını bacarmaz, insALLAH bütün bu işin içindəkilər üzə cıxar kimin kim oldugunu hamı yaxşı bilər, bütün haram yeyən məmurlarların sonu gələcək ,biz Xalq olaraq dövlət başçısının yanındayıq bu iki üzlülərin hamısı ifşa olar insALLAH
Siyavuş Novruzovda Ramiz Mehdiyevin komandasındandır karantin vaxtı arvadı ilə bağa o toya getmişdi.
Nahaq yerə qınayırsınız. Bəs deputat necə olmalıdır? Məhz belə olmalıdır. ....
Cox ğözəl məqalədir.Yalaqlardan dövlətə dayaq olmaz.Belələri vətəni uf etmədən satarlar.Parlament yalaqlardan təmizlənməlidir.
Necə də gözəl məqalədir, ƏVVƏL və İNDİ...sağ olsun müəllif...
Yazıq Azərbaycan, gör nə günlərə qalmısan, gör səni kimlər təmsil edir. Belə olub, belə var və belə də olacaq, çünki qanımız, xəmirimiz xarabdır, zatı qırıqlardan ibarətik. NO COMMENT
Şəxsiyyəti.mənliyi .mənəviyyatı olmayanların vəzifələrə gətirilməsi.deputat olması olduqca çoxlu suallar yaradır.Bunları kim və niyə bu yerərə çıxardıb.Öz qanunsuzluqlarını ört basdır etməyə,əsassız qərarlara səs vermyə.xalqa zülm etməyə,müfisləşdirməyə?