"Azərbaycanı zülmətlərdən aydınlığa çıxaran Ulu Öndər Heydər Əliyev ideyalarına xidmət etmək, Ulu Öndərin müqəddəs irsini ləyaqətlə davam etdirərək, Azərbaycanı qalib dövlətə çevirən Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin əsgəri olmaq mənim və silahdaşlarımın alın yazısıdır".
"AzPolitika" bildirir ki, bu fikirləri millət vəkili Məlahət İbrahimqızı "Facebook" hesabında yazıb.
"Bu şərəfli yolda Prezident İlham Əliyevin qaldırdığı əbədi Zəfər bayrağının altında müzəffər xalqın nümayəndəsi kimi inamla addımlamaq bizim üçün ləyaqət, şərəf və vicdan məsələsidir", - o əlavə edib.
M.İbrahimqızı daha sonra vurğulayıb: "Son günlər bəzi mətbuat orqanlarında yazılan böhtanlara baxmayaraq, biz öz yolumuza, xalqımıza, dövlətimizə və nəyi nə zaman etdiyini mükəmməl bilən liderimiz cənab İlham Əliyevə inanır, güvənir və daha güclü Azərbaycan naminə daim Onun yanındayıq".
"AzPolitika.info"


Şərhlər
Deputat yazılmaq,havayı 5-6 min maaş almaq şirin şeydir.Yaltaqlıq ölknin ağır bəlasıdır.məlahət xanım Qusar rayonunu tanıyır? Naxçıvanlı necə Qusardan deputat olur və ya seçiiir?
İmkan olanda Prezidenti də Xalqın seçdiyini və hamınızın Xalqa xidmət etməli olduğunuzu xatırlayın.!