Menu

Gürcüstan 9 ayda Azərbaycana 21 milyon dollarlıq mal-qara satıb

21.10.2025, 09:55
Gürcüstan 9 ayda Azərbaycana 21 milyon dollarlıq mal-qara satıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan son 15 ilin rekord həddində - 58,05 milyon ABŞ dolları dəyərində 17 min 493 ton mal-qara ixrac edib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə qonşu ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan mal-qaranın dəyəri 54,5 %, həcmi isə 34,3 % artıb.

İxrac bazarlarında əsas ölkələr İraq və Azərbaycan olub. Belə ki, İraqa 36,8 milyon ABŞ dolları dəyərində 11 283 ton, Azərbaycana isə 21,2 milyon ABŞ dolları dəyərində 6 210 ton mal-qara göndərilib.

Xatırladaq ki, 2019-cu ildən Gürcüstandan çəkisi 140 kiloqrama qədər olan mal-qaranın ixracına qadağa qoyulmuşdu. Daha sonra bu məhdudiyyət 160 kiloqrama qədər artırılmışdı. Qadağanın məqsədi yerli ət istehsalını və mal-qara bazasını qorumaq idi. Bununla belə, "Azadlıq İnstitutu" və Kvemo Kvalone bölgəsinin fermerləri qərardan Konstitusiya Məhkəməsinə müraciət etmiş və 2024-cü ilin dekabrında iddianı udmuşdular. Nəticədə bu il aprelin 1-dən istənilən çəkidə mal-qaranın ixracına yenidən icazə verilib.

Şərhlər

Arranom 2025-10-21 10:59:38

Otlaqlar.örüşlər icra başçıları.digər yüksək vəzifəilər tərəfindən özəlləşdiriib.təyinatları dəyişdirilib,kənd əhalisinin əlindən alınıb.Ona örəma-qara saxlanılması mümkün olmur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol